Sahibsiz it məktəbliyə hücum etdi

17:45 02.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda məktəbli sahibsiz itin hücumuna məruz qalıb.

Hafta.az xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

Məlumata görə, 10 yaşlı Qüdrətli Yaqub İsgəndər oğlu məktəbə gedərkən itin hücumu ilə üzləşib.

Nəticədə uşaq qıç nahiyəsindən xəsarət alıb.

Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və quduzluğa qarşı vaksin vurulub./unikal/